Generalın cinayət işi Ali Məhkəmədə ARAŞDIRILACAQ

“Tərtər işi”ndə ittiham olunaraq məhkum edilən general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, dekbarın 18-də iş üzrə məhkəmə baxış iclası təyin edilsə də, baş tutmayıb.
Hakim İlqar Qılıcov baxış iclasını yanvarın 5-nə təyin edib.
Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov 2023-cü ildə cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə aparılıb.
Məhkəmənin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Bəkir Orucovun cəzasını 6 il 6 aya endirib.
Digərlərinin cəzası isə 4 ay azaldılıb.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












