Həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən gəncə cəza istənilib

Bakıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 15-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəhim Əsədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb. O, ifadəsində özünü tam təqsirli bilib və Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim Əsədov Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib. Onun sözlərinə görə, mərhumla "Instagram" sosial şəbəkəsində tanış olub.
Xatırladaq ki, Rəşid İmanovun atası əvvəlki proseslərdə oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını deyib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












