Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi

Binəqədi Rayon Məhkəməsi xuliqanlıqda təqsirləndirilən 3 nəfərə hökm oxuyub. Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, onlar 2023-cü ildə baş vermiş iki ayrı xuliqanlıq hadisəsində iştirak ediblər. İş materiallarına görə, hadisələrdən biri Binəqədi rayonu ərazisində yerləşən "Qartal” kafesində baş verib. Onlardan biri bir müddət əvvəl həmin kafedən uzaqlaşdırılmasını bəhanə edərək dostları ilə birlikdə ora gəlib. Daha sonra zərərçəkmiş şəxslə mübahisə yaranıb və dava düşüb.
İttihama əsasən, münaqişə zamanı taxta parçası, dəmir boru və bıçaqdan istifadə olunub. Zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, xəsarətlərin bir hissəsi sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.
Onlara aid edilən digər epizod isə həmin gün Abşeron rayonu ərazisində, Hökməli dairəsi yaxınlığında baş verib. İttihama görə, onlar "Toyota Prius” markalı avtomobili təqib edərək idarə etdikləri "Hyundai Elantra” markalı avtomobillə ona qəsdən çırpılıblar. Avtomobil dayandıqdan sonra nəqliyyat vasitəsinə təpik, dəmir boru, dəmir parçası və taxta ilə zərbələr endiriblər. Daha sonra avtomobili yenidən təqib edərək ikinci dəfə vurublar. Hadisə nəticəsində zərərçəkmişə məxsus avtomobilə 4 min 680 manat məbləğində maddi ziyan dəyib.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinə daha bir xuliqanlıq epizodu üzrə də ittiham verilib. İttihama əsasən, o, Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində və daha sonra "Davam” mağazasının qarşısında bir nəfərə qarşı zor tətbiq edib.
Lakin məhkəmə həmin epizod üzrə təqsirin sübuta yetirilmədiyi qənaətinə gəlib. Buna görə də həmin hissədə cinayət işinin icraatına xitam verilib.
Hökmlə təqsirləndirilən şəxslərdən biri 3 il, digəri 2 il 9 ay, üçüncüsü isə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə 2 il 1 ay həbs cəzası alan şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini ləğv edərək həbs qətimkan tədbiri ilə əvəz edib. O, hökm elan olunduqdan sonra məhkəmə zalında dərhal həbs olunub.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü













