Kürəkəni dəhşətli qəza törətmişdi - İndi özü məhkəməlik oldu

"Qurtuluş 93 Residence" Mənzil-Tikinti Kooperativinin direktoru barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib.
Avtosfer.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 maddəsi ilə protokol tərtib edilib və işə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddəyə əsasən, icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 15000 manat miqdarında cərimə edilir.
İşə hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova "Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












