Məhkəmə Coratda ərini öldürən qadınla bağlı qərar verib

Sumqayıtın Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Şikayət təmin olunmayıb.
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. Ağahüseyn İmanovun həyat yoldaşı, 34 yaşlı Əfsanə Məmmədova tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Ə. Məmmədova hadisədən sonra könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə dövründə Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində – fizioloji affekt vəziyyətində olub və öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsssən, Əfsanə Məmmədova Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə təqsirli bilinib, ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












