Məişət tullantıları poliqonunda uçqun - 5 nəfər ölüb

İndoneziyanın ən böyük məişət tullantıları poliqonu olan “Bantargebanq”da güclü yağışlardan sonra baş verən uçqun nəticəsində ən azı 5 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə noyabrın 8-də axşam saatlarında paytaxt Cakartanın yaxınlığındakı Bekasi şəhərində baş verib. Axtarış işlərinə 300-dən çox xilasedici, polislər, hərbçilər, könüllülər, ağır texnika və xüsusi təlim keçmiş itlər cəlb olunub.
Cakartanın axtarış-xilasetmə ofisinin rəhbəri Desiana Kartika Bahari bildirib ki, ölənlər arasında zibildaşıyan maşın sürücüləri, yaxınlıqdakı ərzaq köşkünün satıcısı da var. Dörd nəfər fəlakətdən xilas ola bilib. Ən azı 3 nəfərin uçqun altında qaldığı güman olunur.
Havanın yağıntılı olması axtarış işlərini çətinləşdirməklə yanaşı, yeni uçqun ehtimalını da yüksəldib.
Qeyd edək ki, “Bantargebanq” 35 milyon əhalisi olan Cakarta metropolisinin əsas məişət tullantıları poliqonudur. Poliqonun həddindən artıq yüklənməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq olunub. Keçən ilin sonlarında hökumət “Bantargebanq”ın ərazisini təmizləmək üçün tullantıların enerjiyə çevrilməsi layihəsini elan edib. Layihənin icrası üçün 2 il müddət müəyyənləşdirilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












