Məktəblini vurub öldürən sürücüyə CƏZA VERİLDİ - 5 il 3 ay

Paytaxtın Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş avtobus sürücüsünə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Bakubus” MMC-nin sürücüsü 33 yaşlı A.Məmmədzadəyə 5 il 3 ay həbs cəzası verilib. Məhkəmə prosesi və ibtidai istintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib.
Bildirilib ki, hadisə ötən ilin iyun ayında Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissəsində - piyada keçidinin üzərində baş verib.
33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub. Bu zaman məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birgə Binəqədi rayonu ərazisindəki basketbol məktəbinə məşqə gedirmiş.
Mərhumun anası ifadəsində bildirib ki, hadisə vaxtı övladı qan içində küçədə bir neçə dəqiqə qalıb və ona heç kim yaxınlaşmayıb. Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb. Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.
Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü deyib ki, piyada avtobusun orta hissəsində “kor nöqtə” adlanan yerə çırpıldığı üçün onu görməyib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












