"Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər" - Xəstələrin pulunun mənimsənilməsi işi

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişiklik olduğu üçün məhkəmə istintaqı növbəti dəfə yenilənib.
Prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.
Zərərçəkən Şövkət İsayeva bildirib ki, övladı talassemiyadan əziyyət çəkir və onun müalicəsinə görə 2022-ci ildə təqsirləndirilən şəxslərlə görüşüb: "Biz onlara 30 min dollar verdik. Pulu verəndə onlar bizi arxayın etdilər. Bildirdilər ki, pulu qısa zamanda Türkiyəyə göndərəcəklər. Türkiyədən həkim gəldi, mənə dedi ki, onlara belə bir müraciət daxil olmayıb. Nuridə ilə danışdım, dedi ki, məni həbsdən qurtar, pulunuzu qaytarım".
Şahid Şahsuvar Paşayev isə ifadəsində övladının xəstə olduğunu deyib: “Aynur xanımla Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanış olmuşuq. Nuridə Seyidovaya 30 min dollar vermişəm, lakin uşağı əməliyyat etmədilər. Pulum da batdı”.
Buna münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, Aynur Bayramovaya verib: "Aynurun uşağı xəstə olduğu üçün pulu o götürdü".
Şahid Ş.Paşayevin həyat yoldaşı, Gürcüstan vətəndaşı Laura Paşayeva övladlarının ağır xəstəlikdən əziyyət çəkdiyini, təcili əməliyyata ehtiyacı olduğunu deyib: “Hissə-hissə də olsa, pulumu qaytarsınlar, o pulla övladımızı əməliyyat etdirək".
Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb: "Atam qaraciyər sirrozudur. Bizi təqsirləndirilən şəxslərə Gömrük Hospitalının həkimi Mircəlal Kazımi yönəltdi. Onlara ofislərində 25 min manat verdik. Amma atamı əməliyyat etmədilər, sonra eşitdim ki, bunlar həbs olunublar. Mircəlal doktora bu barədə dedim. Bildirdi ki, onlar bizi pis vəziyyətdə qoyub, biabır ediblər".
Proses martın 19-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO












