Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə hökm oxundu - FOTO

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Pərviz Rzayevə hökm oxunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vuran 1995-ci il təvəllüdlü sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.
Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.

İbrahimov Faiq Oruc oğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












