Müəllimin öldüyü qəzaya görə hökm oxundu - Sürücüyə bu cəza verildi

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən qəzaya görə cinayət məsuliyyətinə cəlb edilən sürücü hakim qarşısına çıxarılıb. Qəzada dünyasını dəyişən şəxs müəllim imiş.
Avtosfer.az-ın "Musavat.com"a istinadən xəbərinə görə, hadisə "Planet” şadlıq evinin qarşısında baş verib.
Pərviz Rzayev idarə etdiyi "Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Pərviz Rzayev hadisə baş verən vaxt anasına dərman almağa gedirmiş. O, anasını xəstəxanaya yerləşdirdikdən sonra dərman almaq üçün aptekə gedib. Aptekdən qayıdan zaman qəza baş verib.
Həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.
Mərhumun ailəsi ilə Pərviz Rzayev arasında barışıq olub. P.Rzayev yas xərclərini qarşılayıb, Faiq İbrahimovun ailəsinə üzrxahlıq edib.
Məhkəmə qarşısına çıxarılan Pərviz Rzayevə 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Rzayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












