Mühafizəçi onunla tanış olmaq istəməyən qızı döydü - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sabir Qafarovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzası ilə əvəz olunub.
İttihama görə, hadisə bu il metronun "Memar Əcəmi" stansiyasının çıxışında qeydə alınıb. Belə ki, Sabir Qafarov tanış olmaq üçün yaxınlaşdığı zərərçəkmiş Maya Quliyevadan (şərti) rədd cavabı alıb. Bu zaman o, qadını nalayiq ifadələrlə təhqir edib, zərərçəkmiş şəxsin baş və bədən nahiyələrinə qəsdən zərbələr vurub.
Qeyd edək ki, Sabir Qafarov Bakıda MTK-ların birində mühafizəçi işləyir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












