"Oleq Bakinski"nin MƏHKƏMƏSİNİN VAXTI məlum olub

Ukraynalı kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.
"Oleq Bakinski" ilə bərabər, Ukrayna vətəndaşı Kuçer Konstantin Antonoviç də təqsirləndirilən şəxs qismində tanınıb.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.
İdarənin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












