“Onun qanı çıxmalı idi, mənim buna icazəm var” - Məhkəmə işi

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
Hakim Elşən Hüseynovdan əməlindən peşman olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs bildirib ki, o, Rəsul Həsənlini öldürmək niyyətində olub və əməlindən peşman deyil: "Mənə 4 ay imamla görüşməyə izin vermədi. O adamdan qan çıxmalı idi. Mən imam elan olunduğum üçün buna icazəm var. Mənə hər şey olar".
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Proses dekabrın 24-də davam etdirələcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü
Şəhərin mərkəzində təhlükəli anlar: Gənc qız avtomobilin qarşısına qaçdı - VİDEO
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO








