Otuz beş şirkətin rəhbəri hakim qarşısında

Ölkə ərazisində 35 şirkətə rəhbərlik edən Fəqani Rəhimovun cinayət işi üzrə ilk məhkəmə baxışı keçirilib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Fəqani Rəhimov özünü qismən təqsirli bilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə tövsif olunmuş maddələrin sanksiyasında onu 12 ilə qədər həbs cəzası gözləyir.
F.Rəhimovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin alternativ cəza ilə əvəz olunmasını istəyib. Vəsatətin müzakirəsi növbəti prosesə saxlanılıb. Məhkəmə yanvarın 7-də davam etdiriləcək.
İbtidai istintaq zamanı müəyyən edilib ki, müxtəlif dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda vəsaitin mənimsənilməsində təqsirləndirilir.
F.Rəhimov qanunsuz işlərinin çoxunu özünə məxsus "İnşaat-F" MMC vasitəsilə həyata keçirib.
Araşdırmalarla müəyyən edilib ki, həmin şirkət Qobustan ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri F.Rəhimovla qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən, "İnşaat-F" MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq pul köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.
Başqa bir sənəddən isə görünür ki, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq, idman mallarının alınması üçün F.Rəhimovun "Kontey SV" şirkətinə bazar dəyərindən artıq pul köçürüb.
Eyni niyyətlə Sanator-Kurort Reabilitasiya Mərkəzinin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək Yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.
Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün kartric, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün "Benbris" şirkətinə malların dəyərindən artıq pul ayrılıb.
Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.
Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
YDM-də huşunu itirən kişi soyğunçuluğa məruz qaldı: Pulu və telefonu oğurlandı - FOTOLAR
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO
Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi
Dayanacaqlarda saxlamayan 525 nömrəli avtobusun sürücüsü İŞDƏN ÇIXARILDI - VİDEO
Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı - FOTO - VİDEO
Poverbank təyyarəni bu vəziyyətə saldı – QAYDA DƏYİŞİR - FOTO
Avtobus xarab oldu, sərnişinlər soyuq havada yolda qaldı - VİDEO
Bakıda 5 nəfər FACİƏVİ ŞƏKİLDƏ öldü - Birinin 10 yaşı var...
Yolu qaçaraq keçən qadını maşın vurdu; yerindəcə öldü - ANBAAN VİDEO
Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO
Təcili yardım xəstə azyaşlını yolda düşürüb getdi, köməyə yol polisləri gəldi - VİDEO











