Öz rəhbərinin adını "nisyə dəftəri"nə yazdıran administratora HÖKM OXUNDU

Fərdi sahibkar Novruz Şöhrət oğlu Gülməmmədova məxsus, Şamaxı-İsmayıllı yolunun 24-cü kilometrliyində yerləşən "Şöhlətoğlu" ailəvi istirahət mərkəzinin keçmiş administratoru saxlanılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan 1980-ci il təvəllüdlü S.Adil restoranda rəsmi olaraq aşpaz kimi qeydiyyata alınsa da, sahibkar ona inandığı üçün istirahət mərkəzində bütün işlərini görməsini həvalə edib.
Novruz Gülməmmədov şikayəti əsasında saxlanılan Adilə Cinayət Məcəlləsinin (178.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sahibkarın ən yaxın adamı kimi tanınan Adil istirahət mərkəzinin tikintisi, təmiri, həmçinin ərzaq və digər məhsulların alış-verişini də özü edib.
Novruz Gülməmmədov Türkiyədə müalicə olduğu dönəmdə Adil İsmayıllı rayondakı qəssablardan, tikinti ləvazimatı mağazalarından onun adına nisyə mal götürərək pulları mənimsəyib, sahibkarın adını ticarətçilərin "nisyə dəftəri"nə yazdırıb. Sahibkar iddia edib ki, o, rəhbəri olduğu restoranın gündəlik alverindən qalan hər gün üçün 1500 manat xeyri də mənimsəyib.
İşin üstü isə Novruz Gülməmmədov İsmayıllı bazarında alış-veriş edən zaman qəssabın ona yaxınlaşmasından sonra açılıb. Belə ki, qəssab sahibkara 22 min manat borcunun olduğunu deyib. Sahibkar Adildən onun adından 2022-2023-cü illərdə nisyə götürdüyü (ət, pendir və digər ərzaqlara görə) 31426 manatlıq məhsulların pulunun geri qaytarılmasını tələb edib.
Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 17 avqust 2018-ci ildən 3 mart 2023-cü il tarixədək "Şöhlətoğlu" ailəvi istirahət mərkəzində administrator və aşpaz vəzifəsində işləyib.
Məhkəmənin qərarı ilə Adilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Adil cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Adil qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İş hazırda apellyasiya mərhələsindədir.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












