Paytaxt küçələrində qayda pozmaqdan əl çəkməyən piyadalar - VİDEO

Demək olar ki, hər gün piyada vurulmasıyla nəticələnən qəzalar qeydə alınır. Baş vermiş bədbəxt hadisənin səbəbkarı bəzən sürücülər olsa da, qayda pozaraq qəzaya səbəb olan piyadalar da kifayət qədərdir. Belə ki, bir qisim piyadalar yaxınlıqda keçidin olmasına baxmayaraq yolu təyin olunmamış yerdən keçərək təhlükə yaradırlar. Ən pis halda isə öz həyatlarını itirirlər.
Paytaxtın müxtəlif ərazilərində qayda pozaraq sürücülərə təhlükə yaradan piyadalar kameraya düşüb.
İnşaatçılar prospektində qeydə alınmış görüntüdən də aydın olduğu kimi, iki nəfər gənc avtomobillərin intensiv hərəkətdə olduğu yoldan qaçaraq keçirlər. Halbuki bir neçə metr qarşıda nizamlanmış piyada keçidi mövcuddur.
Digər xoşagəlməz hadisə isə Binəqədi rayonu Həmzə Babaşov küçəsində baş verib. Belə ki, piyada hərəkətdə olan maşına əhəmiyyət vermədən yolu keçmək istəyir. Bu zaman sürücü siqnal verərək ona xəbərdarlıq etdikdən sonra piyada geri çəkilir.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












