Banner

Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib

Hadisə 9 Yanvar 2025 22:48 Oxunub 96
Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri Sultanə Həsənovanın yenidən prosesdə iştirak etmədiyi bildirilib. Eyni zamanda onun yaşadığı ünvanın da dəyişdiyi qeyd olunub.

Buna görə də, dövlət ittihamçısı Rauf Malışov onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini ilə bağlı vəsatət verib. O, əlavə edib ki, təqsirləndirilən şəxs barəsində axtarış verilsin.

Məhkəmə, təqsirləndirilən Sultanə Həsrətovanın üç iclasdan çoxdur prosesdə iştirak etmədiyini nəzərə alaraq, onun barəsində axtarış elan olunması və qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.

Proses fevralın 11-dək təxirə salınıb.

Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram"da özlərini "Fatimə" adı ilə təqdim edərək bir nəfərlə tanış olublar. Həmin şəxsi "Sevgililər günü" - fevral 14-də Bakıda kirayə yaşadıqları evə dəvət ediblər.

İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova V.Z.-u qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində V.Z.u Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə onu döyüb. Sadiq Əzizov isə dəmir boru ilə ona yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda 1.500 manat məbləğində ziyan vurublar.

Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh