Qusarda qəsdən öldürməyə cəhd edən 84 yaşlı kişiyə hökm oxunub

Qusarda oğlunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Sərkar Duraxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sərkar Durdaxanovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və o, məcburi müalicəyə cəlb edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 30-da baş verib. Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu bildirilir.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ittiham irəli sürülüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












