Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI

Bakıda salam vermədiyinə görə tanışını 14 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçərkən görüb salam verməməsinə dair irad bildirib. Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər. Lakin sonradan Bəhrəm İbayev qohumunun rəhmətə getməsi səbəbindən 2 aylıq Göyçay rayonuna getməli olub. Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidir.
İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən "Park kafe" adlanan obyektdə təsadüfən Natiq Hüseynovu görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu rayon xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












