Sürücü avtomobilinin yanmasına əsəbiləşib onu təpiklədi – ANBAAN VİDEO

İstanbulun Beyoğlu rayonunda qəribə hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, küçə ilə hərəkətdə olan sürücünün idarə etdiyi avtomobil qəfil yanmağa başlayıb. Mühərrik hissəsində başlayan yanğın sürücünü nəinki təşvişə salıb, əksinə onu qəzəbləndirib.
Hadisə zamanı avtomobildən düşən sürücü emosiyalarına hakim ola bilməyərək öz avtomobilinə hücum edib. O, əvvəlcə maşının şüşələrini yumruqlayıb, sonra isə təpiklə sındırmağa çalışıb. Sürücünün öz avtomobilinə qarşı sərgilədiyi aqressiv davranış ətrafdakı insanların təəccübünə səbəb olub.
Olay ərazidə olan təhlükəsizlik kameraları və mobil telefon vasitəsilə lentə alınıb. Kadrlar göstərir ki, sürücü avtomobilinə qəsdən zərbələr endirərək onu daha da yararsız hala salır.
Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Alovun böyüməsinin qarşısı qısa müddətdə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin sürücünün əsəbə qapılıb avtomobilinə zərər verməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












