Tanınmış plastik cərrahı qətlə yetirən şəxsə hökm oxunub

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzə hökm oxunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Samir Məmmədov məhkəmədən Muhammet Gündüzün 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, ötən il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












