Təcili yardım maşını çuxura düşdü - Ölüm ayağında olan qadın dirildi

Hindistanda həkimlər tərəfindən beyin ölümü elan edilən 50 yaşlı qadın, onu daşıyan təcili yardım maşının böyük bir çuxura düşməsi nəticəsində möcüzəvi şəkildə özünə gəlib.
Avtosfer.az bildirir ki, avtomobil qəzasından sonra ölmüş qadın dirilib.
Hindistanın Uttar Pradeş əyalətindəki Pilibhitdən olan məhkəmə tibb işçisi Vinita Şukla ev işləri ilə məşğul olarkən huşunu itirib və təcili olaraq yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır olduğundan, həkimlər bir sıra müayinələr apararaq sonda beyin ölümünü elan ediblər. Qadının Bareillydəki daha müasir bir tibb müəssisəsinə köçürülməsi qərara alınıb.
Həkimlər həyat yoldaşına onun özünə gəlməsinə heç bir ümid olmadığını bildiriblər. Buna görə də qadının ailəsi onu xəstəxanadan çıxarmaq qərarına gəlib və dəfn mərasiminə hazırlaşmağa başlayıb. Lakin təcili yardım maşını magistral yolda hərəkət edərkən böyük bir çuxura düşüb. Qəza güclü təkana səbəb olub. Əri həyat yoldaşının zərbədən dərhal sonra normal nəfəs almağa başladığını və vəziyyətinin yaxşılaşdığını hiss edib.
Daha sonra qadın yenidən xəstəxanaya aparılıb, burada əvvəllər ona sağalma şansı olmadığını bildirən həkimləri heyrətləndirib. O, bir neçə gün əvvəl ölümünə hazırlaşan ailəsinin yanına sağ-salamat qayıdıb.
Həkimlər hələ də nə baş verdiyini izah edə bilməyiblər. Lakin bəziləri bunun milyonda bir baş verən möcüzə olduğuna inanırlar (Sfera.az).
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












