Terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqləndi

Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulun "Reina" gecə klubunda 39 nəfərin öldüyü terror aktının icraçısı Əbdülqadir Maşaripova 2020-ci ildə verilmiş 40 qat ömürlük həbs cəzasını təsdiqləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.
Məhkəmə məhkumun müraciətlərinə baxıb və hökmlərin qanun normalarına zidd olmadığını qərara alıb.
Ə.Maşaripov 39 nəfərin qəsdən öldürülməsində və 79 nəfərin öldürülməsinə cəhddə təqsirli bilinib. Məhkəmə 2020-ci ilin sentyabrında onu ağırlaşdırıcı hallarla 40 qat ömürlük həbs cəzasına və hər maddə üzrə 1368 il həbs cəzasına məhkum edib.
Ali Məhkəmə, həmçinin kluba hücumla bağlı işdə daha 31 məhkumun müraciətlərinə baxıb. Onlara qarşı çıxarılan hökmlər də dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ölənlər arasında İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Livan, Liviya və İsrail vətəndaşları var idi. Hücuma görə məsuliyyəti "İslam Dövləti" terror qruplaşması öz üzərinə götürüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












