Texnologiya nəhəngi deputatlara rüşvət verməkdə şübhəli bilinir

Çinin “Huawei” texnologiya şirkəti Brüsseldə Avropa Parlamentinin keçmiş və ya hazırkı deputatlarına rüşvət verməkdə şübhəli bilinir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Euronews” Belçikanın “Le Soir”, “Knack” nəşrləri və “Follow the Money” araşdırma saytına istinadən məlumat yayıb.
Məlumata görə, Belçika polisi Avropa Parlamentində korrupsiya işi ilə bağlı yeni araşdırma çərçivəsində “Huawei” şirkətinin Brüsseldəki mənzil-qərargahında və ölkə boyu bir neçə evdə axtarışlar aparıb. Qeyd olunub ki, texnologiya nəhənginin lobbiçiləri Avropa İttifaqında qərarların qəbuluna təsir etmək məqsədilə deputatlara rüşvət veriblər.
Bu işdə Avropa Parlamentinin 15-ə yaxın hazırkı və keçmiş deputatının adı hallana bilər. Araşdırmanın mərkəzində 2019-cu ildən bəri “Huawei”də işləyən 41 yaşlı lobbiçi Valerio Ottati dayanır.
“Euronews”un məlumatına görə, əgər araşdırma Avropa Parlamentinin hazırkı üzvlərini əhatə edərsə, Belçika hakimiyyəti parlamentdən onların toxunulmazlıq hüququnun ləğv edilməsini tələb edə bilər.
Yeni qalmaqal Avropa Parlamentinin nüfuzu üçün məhvedici ola bilər. Bu, Qətər rüşvət qalmaqalından ("Qatargate") sonra tətbiq edilən etika və şəffaflıq qaydalarının sərtləşdirilməsi fonunda baş verir. Avropa Parlamentinin korrupsiya şəbəkəsinə cəlb olunmuş deputatları 2022-ci ildə Avropa İttifaqının qərarlarına təsir etmək müqabilində Körfəz ölkələrindən nağd pul, hədiyyə və xidmətlər qəbul ediblər.
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO












