Tofiq Yaqubluya hökm oxundu

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən Tofiq Yaqublu 9 il, Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320 (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












