Ukraynada Rusiya tərəfində döyüşən şəxsə HÖKM OXUNDU - 4 il 2 ay

Özbəkistanın Andican şəhər cinayət məhkəməsi 39 yaşlı Özbəkistan vətəndaşı T.A.-nı Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakına görə 4 il 2 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzası verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarı ilə tanış olmuş yerli “Gazeta.uz” yazıb.
Məhkəmə materiallarına əsasən, Andican sakini 2023-cü ilin aprelində qazanc üçün Rusiyaya yola düşsə də, tezliklə Ukraynada Rusiya Silahlı Qüvvələri tərəfində müharibəyə getmək qərarına gəlib.
Həmin ilin iyulunda o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, hərbi təlim keçib və döyüş zonasına göndərilib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2023-cü il iyulun 21-də Rusiya qüvvələri ilə əlavə müqavilələr imzalayıb və döyüş əməliyyatlarında iştirakına görə ayda 450 min rubl (həmin dövrdə təxminən 4 950 ABŞ dolları) vəd edilib. Əvvəlcə o, 150 min rubl məbləğində iki ödəniş alıb, lakin sonra ödənişlər dayandırılıb. 2023-cü ilin dekabrında Özbəkistana qayıdıb və yerli hüquq-mühafizə orqanlarına Ukrayna ərazisində müharibədə iştirakı barədə məlumat verib.
Məhkəmə qərar çıxararkən onun peşmanlığını, təqsirini etiraf etməsini, istintaqla əməkdaşlığını, məhkumluğunun olmamasını və ailə vəziyyətini (üç uşağının olmasını) nəzərə alıb. Özbəkistan cinayət məcəlləsinə görə, muzdlu kimi silahlı münaqişədə iştirak beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.
Hökmə əsasən, məhkuma iş və ya təhsil üçün lazım olan vaxt, həmçinin iş və ya təhsil yerinə getmək və evə qayıtmaq istisna olmaqla, yaşayış yerini tərk etmək qadağan edilib. O həmçinin nəzarət orqanının razılığı olmadan yaşayış yerini dəyişə və Andican vilayətinin ərazisini tərk edə bilməz.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












