Vətəndaşların 30 min manatını ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

Vətəndaşlara yalan vəd verməklə pulunu ələ keçirməkdə təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər ki, Saatlı rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Cavid Dadaşov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs dörd nəfər Saat rayon sakininin etibarından sui istifadə edib. Cavid Dadaşov iş üzrə zərərçəkmiş şəxslərə yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 000 manatdan artıq pulunu ələ keçirib. O, iki nəfəri TƏBİB-də sürücü vəzifəsinə düzəltmək adı ilə aldadaraq hərəsindən 12 min manat olmaqla 24 min manat pulunu ələ keçirib. Həmçinin digər zərərçəkmişin oğlunu həbsdən azad edəcəyini bildirərək 4000 manat pulunu ələ keçirib. Eyni zamanda, təqsirləndirilən şəxs müharibə veteranın əməliyyat olunmasına görə 1000 manat, ona dövlət tərəfindən avtomobil verilməsinə yardım göstərəcəyi adı ilə əlavə 1150 manat alaraq ümumilikdə 2 min 150 manatını ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO












