Yasamaldakı bu “kiosk” yeraltı keçidi yoxa çıxarıb - EKSPERT İFŞA ETDİ - VİDEO

Paytaxt küçələrində hər gün rast gəldiyimiz bu mənzərə artıq sakinlərdə narahatlıq yaratmağa başlayıb. Səkiləri zəbt edən avtomobillər, iaşə müəssisələrinin piyadaların hərəkətinə maneə yaradan terrasları, ticarət köşkləri və s. Bütün bunlara nəzarətsizlik Bakının həm görünüşünə zərər vurur, həm də şəhərdə hərəkəti çətinləşdirir.
Avtosfer.az xəbər verir ki, bu hal Bakının Yasamal rayonunda, xüsusən də Abbas Mirzə Şərifzadə küçəsində daha sıx yaşanır. Bu küçədə obyektlərin yaratdığı xaosa artıq rayon camaatı da alışıb.
Nəqliyyat eksperti Elməddin Muradlı Abbas Mirzə Şərifzadə küçəsindən keçərkən buradakı bir mənzərəyə diqqət çəkib. O bildirib ki, “İnşaatçılar” metro stansiyasının qarşısındakı ticarət köşkü stansiyanın çıxışının önünü kəsir:

“Bura “köhnə Ağçiçəyim” adlanan ərazidir. Marketin qarşısında yeraltı keçid var. Keçidin mövcudluğu bilinmir. Nişan isə qismən görünür. Yolun digər hissəsinə baxanda aydın şəkildə görünür ki, keçidin yerin üst hissəəsində çıxıntısı var, insanlar düşür, oradan çıxır və s. Amma burada ancaq köşk görünür. Aidiyyəti qurumlar bu məsələyə niyə diqqət ayırmır? Bu keçid bu köşkün arxasında necə görünsün? Yalnız daimi bu keçiddən istifadə edənlər tanıya bilər, tanımasan, düşünərsən ki, burada keçid yoxdur. Amma faktiki var. “İnşaatçılar” metro stansiyasına girişdir, həm də piyada keçidi kimi də istifadə edilir”.
Elməddin Muradlı aidiyyəti qurumlardan piyada təhlükəsizliyinə görə bu məsələni nəzərə almalarını istəyib.
Səfər
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO
Qəzənfər Abbasov İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB











