2000 il əvvəlki yol mühəndisləri heyran etdi – GÖLMƏÇƏ YARANMIR - FOTOLAR

Almaniyanın Ştutqar şəhəri yaxınlığında yol inşaatı işçiləri maraqlı faktla qarşılaşıblar.
Avtosfer.az xəbər verir ki, yeni yol yatağı hazırlanarkən 2000 il əvvəl Roma dövründə çəkilmiş yol üzə çıxıb. Daş döşənmiş yolun 90 metrlik hissəsi çox yaxşı vəziyyətdə qalıb. Abidələrin qorunmasına məsul olan qurumlar yolun bu hissəsini təmizləyərək konservasiya ediblər.
Qədim sənədləri araşdırarkən məlum olub ki, bura strateji hərbi əhəmiyyətli yolun bir hissəsidir. Yol imperator Vespasian (69-79-cu illər) dövründə tikilib və o dövrün mühəndislərinin bacarığı müasir tədqiqatçıları da heyrətləndirir. Maillilik elə qurulub ki, ən şiddətli leysanda belə, yolda gölməçə yaranması istisna edilir. Daşların müəyyən hissəsinin çökməsi burada yüz illərlə arabaların hərəkətinin əlamətidir.
Professor Rene Vollenveber bildirir ki, almaniyalı yolçəkənlər faktiki olaraq 2000 il əvvəlki mühəndislərin istifadə etdikləri marşrutu təkrarlayırlar. Alba yaylası burada yeganə təbii dəhlizdir.
Bəşəriyyət yaranandan insanlar yol çəkilişi zamanı mümkün qədər asan relyefləri seçiblər.
Vüqar Yaşaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır

















