“77” rəqəmi olan nömrələr yığışdırılır - Yuxarıdan əmr verilib

Türkmənistanda yol polisləri dövlət qeydiyyat nömrəsində “77” rəqəmi olan avtomobillərin “ovu”na başlayıb. Oxu.az xəbər verir ki, bu nömrələr sürücülərdən alınır, onların əvəzinə isə yeni nömrələr verilir. Mənbənin verdiyi məlumatına görə, son bir həftədə Daçiqursk vilayətində aparılan reydlər zamanı belə dövlət qeydiyyat nömrəsi olan maşınların hamısı müvəqqəti saxlama məntəqəsinə aparılıb. Polislər avtomobil sahiblərinə bunun yuxarıdan verilən əmr olduğunu bildirsə də, bunun hansı səbəbdən aparıldığını açıqlamaya bilməyiblər.
Qeyri-rəsmi məlumatlara görə, “77” rəqəmi olan bütün nömrələr Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun qohumlarına təqdim olunacaq. Bu nömrə sahibləri toxunulmaz olacaq, onların qayda pozuntusu zamanı saxlanılması qadağan ediləcək.
Bu versiya nədən irəli gəlir?
Reydlərdən biri zamanı polis inspektoru Berdımuhammedovun qohumunu saxlayıb. Bu zaman həmin şəxs prezidentə hadisə ilə bağlı şikayət edib. Türkmənistan prezidenti hadisədən sonra ölkənin daxili işlər naziri İsgəndər Mulikova şiddətli töhmət verib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












