ABŞ-dan gəlib Azərbaycanda corab toxuyur - VİDEO

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının sakini Teresa Hamlin 13 idir Azərbaycanda yaşayır. Deyir ki, Azərbaycanı sevdiyi üçün burda yaşamaq qərarına gelib.
Avtosfer.az xəbər verir ki, vaxtilə Qusarda ingilis dili müəlliməsi kimi işləyən Tereza özünə əlavə biznes də qurub. Onun sözlərinə görə, vətənində toxunma corablara tələbat olduğu üçün "Azərbaycan corabları" şirkətini təsis edib.
Teresa Qusarda toxunulan rəngarəng yun corabların xarici ölkələrdə, xüsusilə də ABŞ-da satışını təşkil edir. Amerikalı sahibkar deyir ki, bu işlə məşğul olmaqda məqsədi azərbaycanlı qadınların əl işlərini dünyaya tanıtmaq və toxuculuq sənətini yaşatmaqdır.
Tereza hazırda 35-ə yaxın toxucu ilə işləyir. Deyir ki, onunla birgə çalışan xanımlar müxtəlif yaşlardadır və fərqli peşə sahibləridir. Qusarla yanaşı, digər rayonlardan, eləcə də Gədəbəy və İsmayıllıdan olan toxucu qadınlarla da əməkdaşlıq edir. O, öz biznesini genişləndirməyi planlaşdırır.
Qusar corabları Minnesotada müxtəlif sərgilərdə və hədiyyə mağazalarında "Azerbaijani Socks" - "Azərbaycan corabları" brendi altında satılır. Tereza öz şirkətinin etiketlərini də hazırlayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












