ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI

ABŞ-də klassik avtomobil həvəskarlarının böyük maraqla gözlədiyi hərracda nadir avtomobillər cəmi 50 sentdən, yəni təxminən 0,85 manatdan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Avosfer.az xəbər verir ki, ABŞ-nin Kolorado ştatında keçiriləcək hərracda üç nəsildir avtomobil toplayan Born ailəsinə məxsus böyük kolleksiyadan təxminən 300 klassik avtomobil, pikap, modifikasiya edilmiş nəqliyyat vasitəsi və nadir avtomobil eksponatı satışa təqdim olunacaq.
İllərlə aparılan axtarışlar nəticəsində formalaşdırılan kolleksiyada tam bərpa edilmiş və istifadəyə hazır klassik avtomobillərlə yanaşı, restavrasiya həvəskarlarının maraq göstərə biləcəyi çoxsaylı layihə avtomobilləri də yer alır.
Hərraca çıxarılacaq avtomobillər arasında 1912-ci il istehsalı “Ford Model T”, 1955-ci il “Chevrolet NAPCO” pikap, 1957-ci il “Pontiac Super Chief” və müxtəlif “Dodge” universal modelləri var.
Bəzi avtomobillərin ilkin qiymətinin cəmi 50 sent olması böyük fürsət kimi görünsə də, təklif savaşları nəticəsində onların yekun satış qiymətlərinin əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.
Hərracda onlayn iştirak da mümkün olacaq. Salonda iştirak edən alıcılardan satış qiymətinə əlavə olaraq 8 faiz, internet üzərindən təklif verənlərdən isə 10 faiz alıcı komissiyası tutulacaq.
Qeyd olunur ki, tədbir restavrasiya həvəskarlarını və kolleksiyaçıları bir araya gətirməklə yanaşı, avtomobil tarixinin ən zəngin ailə kolleksiyalarından birinin yeni sahiblərə keçməsini təmin edəcək.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












