ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO

ABŞ Konqresinə təqdim edilən yeni qanun layihəsi elektrikli nəqliyyat vasitələrinin qapı dizaynında ciddi dəyişikliklərə səbəb ola bilər. Söhbət “Əlçatan və Funksional Təcili Çıxış”la bağlı qanundan gedir.
Avtosfer.az xəbər verir ki, qanun layihəsi elektrik avtomobillərində qapıların əl ilə açılan mexanizmlə təchiz edilməsini tələb etməyi hədəfləyir və bu kontekstdə “Tesla”nın gizli qapı tutacaqları birbaşa təhlükəsizlik riski kimi göstərilir.
İllinoys ştatından olan konqres üzvü Robin Kelli tərəfindən irəli sürülən qanun layihəsi Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasını (NHTSA) elektrik qapı sistemləri üçün yeni performans və etiketləmə standartları hazırlamağa məcbur edəcək. Qanun qəbul edilərsə, bu, elektrikli nəqliyyat vasitələrinin qapıları üçün ilk federal təhlükəsizlik standartı olacaq.
Layihəyə əsasən, hər bir elektron qapı asanlıqla əldə edilə bilən mexaniki (əl ilə) açılma mexanizminə malik olmalıdır. Məqsəd elektrik sistemi sıradan çıxdıqda və ya qəza zamanı sərnişinlərin və təcili tibbi yardım əməkdaşlarının avtomobilə sürətli girişini təmin etməkdir. Bununla belə, bu tələbin təhlükəsizlikdən güzəştə getmədən və mövcud gizli dizaynları tam ləğv etmədən necə tətbiq ediləcəyi hələlik açıq sual olaraq qalır.
Qanun layihəsi ilə bağlı yayılan rəsmi açıqlamalarda “Tesla”nın qapı mexanizmləri xüsusi olaraq vurğulanır. Bildirilir ki, telefon və ya kartla yaxınlaşdıqda avtomatik açılan gizli qapı tutacaqları bəzi yol-nəqliyyat hadisələrində sərnişinlərin avtomobildə qalmasına səbəb olub. İddialara görə, qapıların açılmaması ilə əlaqəli qəzalarda azı 15 nəfər həyatını itirib.
Robin Kelli məsələ ilə bağlı sərt mövqe sərgiləyərək bildirib ki, “mənfəət və dizayn insanların həyatından üstün ola bilməz”. Onun sözlərinə görə, “Tesla”nın bəzi dizayn həlləri nə təhlükəsiz, nə də səmərəlidir və bu yanaşmanın bədəlini insanlar həyatı ilə ödəyib. Kelli vurğulayıb ki, qəza və ya elektrik kəsilməsi zamanı sərnişinlər avtomobildə qalırsa, bu, innovasiya yox, açıq təhlükəsizlik boşluğudur.
Qeyd edək ki, hazırda “Tesla Model 3” avtomobillərində ön qapılarda pəncərə düymələrinin yanında, arxa qapılarda isə salon daxilində mexaniki açılma qolları mövcuddur. Lakin SAFE Qanununun qəbul ediləcəyi təqdirdə “Tesla” və digər istehsalçılardan əlavə hansı texniki dəyişikliklərin tələb olunacağı hələlik açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












