Alimlər karbon qazını tutmağı bacaran 3D beton çap metodu hazırlayıblar

Sinqapurun Nanyang Texnoloji Universitetinin (NTU) alimləri tikinti sənayesinin ətraf mühitə təsirini azaltmaq məqsədilə karbon qazını (CO₂) tutan innovativ 3D beton çap texnologiyası hazırlayıblar. Bu metod qlobal istixana qazı emissiyalarının təxminən 8 faizi olan sementin karbon izini azaltmağa yönəlib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, “Carbon Capture Science & Technology” jurnalında dərc edilən araşdırmaya əsasən, yeni 3D çap prosesi CO₂ və buxarın beton qarışığına birbaşa vurulması ilə karbonun beton strukturunda saxlanmasını təmin edir. Bu yanaşma ənənəvi betonla müqayisədə betonun sıxılma gücünü 36,8 faiz, əyilmə gücünü isə 45,3 faiz artırır. Bununla yanaşı, çap prosesinin karbontutma qabiliyyəti 38 faiz yüksəkdir.
Tədqiqatın rəhbəri, NTU-nun professoru Tan Ming Jen bildirib ki, bu texnologiya yalnız betonun mexaniki xüsusiyyətlərini yaxşılaşdırmaqla kifayətlənmir, həm də tikinti sənayesinin karbon emissiyalarını azaldır. Alimlər hesab edirlər ki, bu sistem elektrik stansiyaları və sənaye müəssisələrinin tullantısı olan CO₂-ni 3D beton istehsalında istifadə etməklə qlobal davamlı inkişaf məqsədlərinə mühüm töhfə verə bilər.
Tədqiqatın birinci müəllifi, NTU doktorantı Lim Sean Gip, texnologiyanın iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayacağını vurğulayıb. Həmmüəllif, doktor Daniel Tay isə bu yanaşmanın daha güclü, davamlı və ekoloji cəhətdən təmiz tikinti texnologiyasının inkişafına təkan verəcəyini qeyd edib.
Bu metod ənənəvi enerjitutumlu dəmir-beton istehsalından asılılığı azaltmaqla, tikinti sənayesində dayanıqlı inkişaf məqsədlərinə çatmağa töhfə verəcək potensiala malikdir.
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










