Banner

"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır

Maraqlı 12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
WhatsApp kanalımıza abunə olun

Android Auto istifadəçiləri süni intellekt köməkçisi Gemini vasitəsilə zəng etmək və mesaj göndərmək istəyərkən problemlə üzləşirlər. Belə ki, sistem istifadəçinin müraciət etdiyi şəxsin adını tanısa da, əməliyyatı tamamlamır və eyni sualı təkrar-təkrar ünvanlayır.

Avtosfer.az xəbər verir ki, bəzi istifadəçilər avtomobildə əllər sərbəst rejimində zəng etmək və ya qısa mesaj göndərmək istədikdə bu problemlə qarşılaşdıqlarını bildirirlər.

İstifadəçi əlaqə saxlamaq istədiyi şəxsin adını səsləndirsə də, Gemini həmin şəxsi tanımasına və adını avtomobilin ekranında göstərməsinə baxmayaraq, zəngi başlada bilmir. Bunun əvəzinə sistem istifadəçidən yenidən kimə zəng etmək və ya mesaj göndərmək istədiyini soruşur. Eyni halın əmrin təkrar verilməsi zamanı da davam etdiyi bildirilir.

Problemin “Pixel 10”, “Pixel 10 Pro”, “Galaxy S24”, “Galaxy S25 Ultra” və “Galaxy S26” modellərində müşahidə olunduğu qeyd edilir.

Bəzi istifadəçilər şəxsin adını demək əvəzinə birbaşa telefon nömrəsini səsləndirməyin problemi həll etdiyini bildirirlər. Lakin bu üsulun bütün cihazlarda işlədiyi təsdiqlənməyib. Problemin dəqiq səbəbi və ümumi həll yolu hələlik məlum deyil.

Məlumata görə, “Google” artıq problemdən xəbərdardır. “Android Auto” icmasının mütəxəssisləri şikayətlərə cavab verərək nasazlığın araşdırılması üçün təsirlənən istifadəçilərdən məlumat toplayırlar.

Şirkət hələlik problemin aradan qaldırılması ilə bağlı yeniləmə təqdim etməyib və həllin nə vaxt istifadəyə veriləcəyi barədə açıqlama verməyib.

Eltac Zülfüqaroğlu

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh