Argentina prezidentinə məxsus olmuş unikal "Ferrari" - FOTO - VIDEO

Bu Argentinanın prezidenti olan Xuan Perona məxsus olmuş Ferrari 212 Inter sportkarıdır. Unikal avtomobil 1,6 milyon dollara qiymətləndirilib. Ferrari 212 Inter modeli 1951-1952-ci illərdə istehsal edilibdir. Sportkar 166 və 195 seriyasını əvəz etmişdir.

Yeni modelin təqdimatı Brüsseldə keçirilən avtosalonda keçirilmişdir. 212 Inter beynəlxalq yarışlarda qalib gəlmək imkanına malik olan sportkar kimi təsvir edilirdi. 125 modeli ilə bənzər şassiyə malik olan sportkar öndə ikili köndələn qollara malik olan asqıya, arxada isə aparıcı körpüyə malik idi. Ferrari 212 Inter modeli üçün kuzovları Carrozzeria Touring, Ghia, Vignale və Pininfarina atelyeləri istehsal edirdilər.

Ferrari 212 Inter üçün kuzovu Ghia atelyesi hazırlanmışdır. Avtomobil Paris avtosalonunda nümayiş etdirilərkən Argentinanın prezidenti Xuan Peronun diqqətini cəlb edib.
Həyat yoldaşı Evanı itirmiş Peronun bütün hərəkətləri diqqət mərkəzində olduğu üçün o avtomobili Argentinaya aparmayıb, əksinə onu Milana apararaq qeydiyyatdan keçirərək nömrə alıb. Sonradan avtomobil Argentinaya gətirilib. Bu Perona Argentinada dəbdəbələi əşyaların idxalına görə tətbiq edilən yüksək vergidən yaxa qurtarmağa imkan verib.

Peronun sürgün edilməsindən sonra avtomobil 1973-cü ildə qarajda saxlanılıb. Sonradan onu Argentinada yaşayan italyan əldə edib. 1987-ci ildə yenidən sahibini dəyişən avtomobil 1990-cı ildən tam bərpadan keçərək ilkin vəziyyətinə gətirilib. Avtomobil Colombo seriyasından olan və üç Weber 36 DFC karbüratoru ilə təchiz edilən 2,6-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












