Aviasiya: 2024-də olanlar, 2025-də gözlənilənlər

Aviasiya sektoru qlobal səviyyədə canlanır. 2024-cü ildə beynəlxalq aviasiya trafikində ciddi irəliləyiş qeydə alınıb. Statistik göstəricilər bu sahədə artıq pandemiyanın fəsadlarının aradan qalxdığını göstərir. Lakin çətinliklər də qalmaqdadır. 2025-ci il üçün proqnoz isə müsbətdir.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə aviasiyada dünya üzrə sərnişin daşımaları 10,4 faiz artıb. Məlumat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) illik hesabatında əks olunur. Hesabat müəlliflərinə görə, 2024-cü ildə sərnişin daşımaları 2019-cu ildəkindən 3,8 faiz artıq olub.
340 aviaşirkəti birləşdirən təşkilat qeyd edir ki, 2024-cü ildə dünyada hava nəqliyyatı ilə 4,9 milyard nəfər sərnişin daşınıb. Bu göstərici 2023-cü ildə 4,44 milyard, 2019-cu ildə 4,54 milyard nəfər təşkil edib. Halbuki, 2020-ci ildə aviasiya ilə daşınan sərnişin sayı koronavirus pandemiyasına görə 1,78 milyard nəfərə düşmüşdü.
Ötən il təyyarələrin doluluq səviyyəsi 82 faizdən 83,5 faizə qalxıb. Bu da pandemiyadan sonra rekorddur. Bununla belə, şirkətlər bəzən artan tələbatı ödəməyə çətinlik çəkib. Təşkilat bunu yeni təyyarələrin müştərilərə vaxtında çatdırılmaması ilə izah edir. İATA-nın Baş direktoru Villi Volşun sözlərinə görə, “Hava gəmiləri ilə təchizatda yaranan problemlər bütün aviaşirkətlərin narahatlıq mənbəyi olaraq qalır. Bu gecikmələr şirkətlərin gəlir artımına və inkişafına mane olur, xərclərini artırır”.
İl ərzində beynəlxalq uçuşlarda artım 13,6 faiz olduğu halda, daxili reyslərdə bu göstərici 5,7 faizdir. Aviadaşımalarda ən ciddi artım 17 faizlə Asiya-Sakit okean regionunda qeydə alınıb. Qlobal aviasiya trafikinin 33,5 faizi məhz bu regionun payına düşür. Qlobal trafikin 26,7 faizinə nəzarət edən Avropada artım 8,7 faizə bərabər olub. Üçüncü pillədə qərar tutan Şimali Amerikada isə illiq əsasda 4,6 faizlik artım qeydə alınıb. Beynəlxalq trafikin 23 faizi buranın payına düşür.
2025-ci illə bağlı proqnoza gəlincə: Təşkilat bu il sərnişin sayının 8 faiz artacağını, aviaşirkətlərin 5,2 milyard sərnişin daşıyacağını gözləyir.
Vüqar Yaşaroğlu
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










