Aviasiyanın vəziyyəti: nə zavod var, nə texnologiya, nə də mühəndis

Son həftələrdə rəsmi mətbuat Rusiyanı dünyada təyyarə mühərriki hazırlaya bilən 5 ölkədən biri kimi sırımağa çalışır. İddia olunur ki, 2030-cu ilədək ölkədə yüzlərlə təyyarə və helikopter istehsal ediləcək, daxili tələbat tam ödəniləcək. Bundan sonra isə “sadə, qulluğa az tələbkar” Rusiya texnikası üçün müştərilən növbəyə düzüləcək.
Təbii ki, Rusiya Federasiyası populizmdən uzaq, reallığı qiymətləndirməyə qorxmayan insanlardan da xali deyil.
Avtosfer.az xəbər verir ki, aviazavodlardan birində işləyən, adının açıqlanmasını istəməyən mənbə Rusiyanın aviasiya sənayesini belə xarakterizə edib: “aviasiya sənayesinin dirçəldilməsi üçün nə zavod var, nə texnologiya, nə də mühəndis. Bunların sıfırdan yaradılması üçün onilliklər lazımdır”.
Mənbə bildirib ki, Rusiyada təyyarə hazırlanması dünyadakından fərqlidir. Burada nə bazarın təzyiiq var, nə də səhmdarların. Mənfəət ikinci dərəcəlidir, bütün maliyyə dövlətin üzərindədir.
Bu günlərdə aparılmış hesablamaya görə 2030-cu ilədək Rusiyada 340 təyyarənin istismar müddəti başa çatacaq. Söhbət əsasən yaşı 40-ı ötmüş sovet istehsalı təyyarələrdən gedir. Resursu başa çatmış təyyarələrin istismarda saxlanmasıl üçün detallar tapılmır. Yerli modellərin hissələrini istehsal edən zavodlar bağlanıb, xarici təyyarələrə isə detal almağa sanksiya imkan vermir.
Rusiyada aviaparkın vəziyyəti ilə bağlı bu xəbər də sizə maraqlı ola bilər:
Vüqar
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB












