Avropada avtomobildə bizdəki kimi siqaret çəkmək olarmı?

Avtomobil əksər ölkələrdə şəxsi azadlıq məkanı hesab edilir. Yəni maşının içində insan evindəki kimi davara bilər. Amma, bu davranışın da müəyyən limiti var.
Avtosfer.az xəbər verir ki, demək olar heç bir ölkədə şəxsi avtomobildə siqaret çəkmək qadağan edilmir. Lakin, bu azadlıq da ciddi şəkildə məhdudlaşıdılır.
Məsələn, Belçikada dayanmış avtomobildə siqaret çəkmək heç bir məsuliyyət yaratmır. Lakin heç kim Azərbaycandakı kimi hərəkət zamanı siqareti avtomobilin pəncərəsindən kənarda tuta bilməz. Bu zaman sürücüyə 75 avro cərimə tətbiq ediləcək. Eyni cəza siqaret yandırarkən diqqəti yoldan ayrılan, ya da əlini sükandan çəkən sürücüyə də şamil edilir. Bununla belə, cəza siqaret çəkməyə görə deyil, manevr imkanlarını məhdudlaşıdran hərəkətə görə tətbiq edilir. Qanunun bu tələbi Avropanın əksər ölkələrində eynidir.
Bəzi hallarda cəza daha ağır olur. Uşaq və ya hamilə qadının olduğu avtomobildə siqaret çəkən şəxsi 1000 avro (təxminən 1800 AZN) cərimə gözləyir. Bu əmələ görə təkcə sürücü deyil, avtombildəki sərnişinlər də cəzalandırıla bilər.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












