Avtomobil bir növ mühərrik yağına "öyrəşə" bilərmi? - Ekspertdən AÇIQLAMA

Sürücülər arasında avtomobilin müəyyən bir istehsalçının mühərrik yağına "öyrəşdiyi" fikri var. Bəs bu belədirmi?
Avtosfer.az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Vitali Derevkov danışıb.
Onun sözlərinə görə, bu fikirlər mifdən başqa bir şey deyil.
"Hər bir mühərrik, ötürmələr qutusu, əyləc sistemi növü üçün qovşaq, ya aqreqatın düzgün və fasiləsiz işləməsini təmin edən xüsusi mayelər tələb olunur. Avtomobil istehsalçıları öz tövsiyələrində yağlar, transmissiya, soyuducu və tormoz mayeləri üçün müvafiq icazələri göstərirlər. Burada həqiqətən seçim zamanı səhv etməmək çox vacibdir", - deyə ekspert qeyd edir.
Mütəxəssisin sözlərinə görə, sürücülər arasında yağa "öyrəşmə" barədə belə fikirlər səhv seçilmiş mayelər səbəbindən yaranır.
"Əslində çox vaxt istehsalçı zavodun tələblərinə əməl edilməməsi səbəbindən mühərrikin yağ sistemində problemlər yaranır", - deyə o əlavə edib.
Avtomobil eksperti qeyd edib ki, mühərriklə bağlı problemlərdən qaçmaq üçün yağları yalnız yoxlanılmış yerlərdən almaq lazımdır.
"Həmçinin hər bir kanistrdə "icazə", "təsdiq" və "uyğunluq" kimi qeydlərə diqqət yetirmək lazımdır. Məsələn, əgər yağda avtomobil istehsalçısının "icazə"si varsa, müəyyən avtomobilin istehsalçı zavodu mayenin tərkibini laboratoriya şəraitində yoxlayıb. Əgər "uyğunluq" göstərilibsə, deməli istehsalçı yağın rəsmi icazə üçün lazım olan parametrlərə uyğun olduğu qənaətinə gəlib", - deyə o bildirib.
(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












