Avtomobil də epilepsiya keçirə bilər

Hazırda dünyada sürücüsüz avtomobillər üzərində ciddi iş gedir. Hətta məşhur iş adamı İlon Mask bu tip Tesla elektromobillərinin gələn ildən əksər ölkələrdə adi qaydada istismar olunacağını iddia edib. Amma...
Avtosfer.az xəbər verir ki, İsrail, Yaponiya və ABŞ-də aparılan tədqiqatlar bir faktı ortaya qoyub. Məlum olub ki, avtonom rejimdə işləyən maşınlar digər nəqliyyat vasitələrinin qəza işıqlarını, ələxsus, xüsusi nəqliyyat vasitələrinin sayrışan işıqlarını, düzgün “qavramır”.
Artıq dünya miqyasında bu elektromobillərin polis, təcili yardım və yanğınsöndürənlərlə ondan çox toqquşması qeydə alınıb. Bütün hallarda avtonom avtomobil sözügedən texnikaya “hücum çəkib”.
İsrailli tədqiqatçılara görə, bunun səbəbi qəza və sayrışan işıqların avtonom avtomobillərdəki avtopilot sistemini (ADAS) “kor etməsidir”. Bu zaman sistemin “görmə qabiliyyəti” azalır və maneəni qavraya bilmir.
Yumor hissi olan alimlər bunu “EpileptiCar” adlandırırlar, yəni avtomobil epilepsiyası. Hazırda elmi-tədqiqat institutları nasazlığın aradan qaldırılması üzərində işləyir.
Tədqiqatçılar həm də bir məsələ ilə bağlı həyəcan təbili çalırlar: qüsur aradan qaldırılmadan avtonom maşınlar kütləvi yola buraxılarsa pis niyyətli insanlar bundan istifadə edəcəklər.
Ən əsası, avtonom avtomobillərin əsasən dayanmış texnikaya çırpıldığı nəzərə alınarsa, o zaman yol polisinin həyatı üçün ciddi təhlükə mövcuddur.
Qəza və ya sayrışan işıqları qoşub yol kənarında dayanan polis avtomobilinin bu cür nasazlıq olan texnikadan qorunmaq ehtimalı çox aşağıdır.
Vüqar Yaşaroğlu
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO












