Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO

Sürücülük təlimi zamanı avtomobil idarə edən şəxsin yaşı ilə bağlı məsələlər tez-tez müzakirə olunur. Qanunvericilikdə sürmə təliminin hansı qaydada həyata keçirilməsi ilə bağlı konkret tələblər müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürmə təlimi ilə bağlı məsələ “Yol hərəkəti haqqında” qanunun 78-ci maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, həmin maddədə təlim keçən şəxsin yaşı ilə bağlı ayrıca məhdudiyyət müəyyən edilməyib.
Bu baxımdan 17 yaşlı şəxs təlimçi yanında olmaqla təlim avtomobilini avtomobil yolunda idarə etməyi öyrənə bilər.
Eldəniz Cəfərov qeyd edib ki, burada əsas şərtlərdən biri ilkin sürmə təliminin qapalı ərazidə keçirilməsidir. Şagird ilkin mərhələdə təlimçi tərəfindən qapalı məkanda avtomobil idarə etməyin əsaslarını öyrəndikdən sonra yol şəraitində praktiki sürmə təliminə cəlb oluna bilər.
Ekspert vurğulayıb ki, belə hallarda avtomobilin idarə edilməsi mütləq təlimçinin nəzarəti və iştirakı ilə həyata keçirilməlidir.
Eltac Züflüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












