Avtomobildə fərqli markalı təkərlərdən istifadə nə dərəcədə təhlükəlidir? - ARAŞDIRMA

Təkərlər avtomobilin yolla təmasda olan yeganə hissəsi olduğundan, sükandan əyləc sisteminə qədər bütün idarəetmə məhz bu nöqtə üzərindən həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu səbəbdən mütəxəssislər avtomobilin yol tutumu və təhlükəsizliyi baxımından dörd təkərin hamısının eyni marka və model olmasını ideal seçim hesab edirlər. Belə yanaşma avtomobilin davranışını daha balanslı və proqnozlaşdırıla bilən edir.
Avtomobil mövzularına yönəlmiş Jalopnik nəşrinin yazdığına görə, “Michelin” və “Continental” kimi aparıcı təkər istehsalçıları eyni nəqliyyat vasitəsində fərqli markalı təkərlərdən istifadənin tövsiyə olunmadığını bildirirlər. Qeyd edilir ki, təkərlər ölçü baxımından eyni olsa belə, rezin tərkibi, protektor naxışı, sərtlik dərəcəsi və yol tutumu markadan asılı olaraq dəyişir. Bu fərqlər xüsusilə yüksək sürət, yağışlı hava və sürüşkən yol şəraitində avtomobilin gözlənilməz reaksiyalar verməsinə səbəb ola bilər.
Bununla belə, bəzi hallarda qarışıq təkər istifadəsi qaçılmaz olur. Məsələn, təcili vəziyyətdə yalnız iki təkərin dəyişdirilməsi zərurəti yarandıqda, mütəxəssislər mühüm bir qaydanı önə çəkirlər: eyni oxa quraşdırılan iki təkər mütləq eyni marka və modeldə olmalı, ölçüləri və aşınma səviyyələri uyğun gəlməlidir. Bu tələb xüsusilə dörd təkərdən çəkişli avtomobillər üçün daha ciddi əhəmiyyət daşıyır.
Bildirilir ki, avtomobilin arxa təkərləri əyləc zamanı və döngələrdə sabitliyin qorunmasında əsas rol oynayır. Bu səbəbdən arxa oxda fərqli xüsusiyyətlərə malik təkərlərin istifadəsi daha yüksək risk yarada bilər. Mütəxəssislər vurğulayırlar ki, əgər fərqli təkərlərdən istifadə olunursa, onlar eyni spesifikasiyalara malik şəkildə mütləq eyni oxa quraşdırılmalıdır.
Ekspertlər yalnız bir təkərin dəyişdirilməsini qəti şəkildə tövsiyə etmirlər. Deşilmiş və ya yararsız hala düşmüş təkərin yenisi ilə əvəz olunması, digər tərəfdə daha çox aşınmış təkərlə müqayisədə fərqli yol reaksiyalarına səbəb ola bilər ki, bu da sürücülük təhlükəsizliyinə mənfi təsir göstərir.
Bundan başqa, eyni oxda müxtəlif ölçülü, fərqli tipli (standart və aşağı profilli), fərqli konstruksiyalı (radial və diaqonal) və ya mövsümlü təkərlərdən istifadə də ciddi təhlükə mənbəyi sayılır.
Mütəxəssislərin qənaətinə görə, ən təhlükəsiz seçim avtomobildə eyni marka və modeldən olan dörd təkərin istifadəsidir. Bu mümkün olmadığı halda isə ən azı ön və arxa oxlarda eyni spesifikasiyalara malik təkər cütlərinin quraşdırılması tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA












