Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO

Türkiyənin Kayseri şəhərində polisin “saxla” tələbinə əməl etməyərək avtomobillə qaçan sürücü təqib nəticəsində saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Kayserinin Talas rayonunun Harman məhəlləsi, Məzarlıq küçəsində baş verib. Polis əməkdaşları şübhəli hesab etdikləri şəxsin idarə etdiyi 34 BBK 30 dövlət qeydiyyat nişanlı avtomobili saxlamaq istəyib.
Lakin sürücü polisin “saxla” tələbinə məhəl qoymayaraq avtomobillə ərazidən uzaqlaşıb. Polis əməkdaşlarının başladığı təqib nəticəsində sürücü qısa müddət sonra saxlanılıb.
Yoxlama zamanı avtomobildə başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanının olduğu müəyyən edilib. Araşdırma zamanı həmin nömrənin avtomobilin həqiqi dövlət qeydiyyat nişanından son iki rəqəminə görə fərqləndiyi məlum olub.
Hadisə ilə bağlı saxlanılan şəxs barəsində tədbir görülüb və o, saxlanılıb. Yol hərəkəti qanunvericiliyinin müvafiq maddələri əsasında sürücüyə ümumilikdə 496 min türk lirəsi, (təxminən 17 min 200 manat) məbləğində inzibati cərimə tətbiq edilib.
Avtomobil isə yol hərəkətindən kənarlaşdırılaraq duracağa yerləşdirilib.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













