Avtomobilinizin bu ehtiyat hissəsi ilə bağlı diqqətli olun; oğurlaya bilərlər - ARAŞDIRMA

Son dövrlərdə avtomobillərin səsboğucu sistemində yerləşən katalitik çeviricilərin oğurlanması halları artmaqdadır. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi bu hissənin tərkibində olan və olduqca yüksək qiymətləndirilən rodium metalıdır.
Avtosfer.az xəbər verir ki, bir çox sürücünün adını belə eşitmədiyi rodium hazırda dünyanın ən bahalı metalları sırasında yer alır. Belə ki, bu metalın cəmi 30 qramı təxminən 9000 avroya, yəni təxminən 16 500 manata qədər qiymətləndirilir. Bu isə onun qızıldan dəfələrlə baha olduğunu göstərir.
Qeyd olunur ki, rodium avtomobillərin səsboğucu sistemində yerləşən katalitik çeviricilərdə istifadə olunur. Bu hissə mühərrikdən çıxan zərərli qazların təmizlənməsində mühüm rol oynayır. Xüsusilə rodium yüksək temperatura davamlı olması ilə seçilir və 1000 dərəcədən yuxarı istilikdə belə effektivliyini itirmir. Eyni zamanda, azot oksidlərini neytrallaşdıraraq ətraf mühitin qorunmasına töhfə verir.
Mütəxəssislərin sözlərinə görə, bir avtomobildə rodiumun miqdarı cəmi 1-2 qram olsa da, onun rolu son dərəcə əhəmiyyətlidir. Bu kiçik miqdar belə avtomobilin ekoloji standartlara cavab verməsində əsas amillərdən biri hesab olunur.
Rodiumun bu qədər baha olmasının digər səbəbi isə onun əldə edilməsinin olduqca çətin və uzun proses olmasıdır. Belə ki, cəmi 30 qram saf rodium əldə etmək üçün təxminən 20 ton filiz emal olunmalıdır və bu proses aylarla vaxt aparır. Metal əsasən nikel və platin hasilatı zamanı çox nadir hallarda əlavə məhsul kimi əldə edilir.
Ekspertlər qeyd edirlər ki, rodiumla yanaşı platin və palladium kimi digər qiymətli metallara olan tələbatın artması köhnə nəqliyyat vasitələrinin hissələrini də “mobil mədənə” çevirib. Xüsusilə nasaz katalitik çeviricilərin əridilərək bu metallara ayrılması artıq gəlirli sahələrdən biri hesab olunur.
Mütəxəssislər sürücülərə xəbərdarlıq edirlər ki, avtomobillərinin egzoz sistemi əvvəlkindən daha qiymətli hesab olunur və bu səbəbdən əlavə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












