Banner

Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır

Maraqlı 23 Oktyabr 2026 11:30
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
WhatsApp kanalımıza abunə olun

Yaponiyanın avtomobil istehsalçısı “Honda” elektrikli avtomobillərin şarj stansiyalarında gözləmə müddətini azaltmağa imkan verəcək yeni texnologiya üzərində işləyir. Layihə çərçivəsində yol örtüyünə inteqrasiya olunan xüsusi qurğular vasitəsilə hərəkətdə olan avtomobillərə simsiz enerji ötürülməsi nəzərdə tutulur.

Avtosfer.az xəbər verir ki, layihə “Honda”, “Taisei Corporation” və “Taisei Rotec” şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilir.

Texnologiyanın əsas məqsədi yol boyunca hərəkət edən elektrikli avtomobilləri enerji ilə təmin etmək və xüsusilə uzun məsafəli səfərlər zamanı şarj üçün dayanma ehtiyacını azaltmaqdır.

Sistemin 150 kVt güc səviyyəsinə çatması hədəflənir. Bu, xüsusilə böyük batareyalara malik ağır kommersiya nəqliyyat vasitələrinin hərəkət zamanı enerji toplamasına imkan verə bilər.

Enerjinin ötürülməsi asfalt örtüyünün daxilində yerləşdirilən ötürücü qurğularla avtomobilin alt hissəsindəki qəbuledicilər arasında həyata keçiriləcək. Bu məqsədlə invertor və sarğını vahid konstruksiyada birləşdirən xüsusi dizayndan istifadə olunması planlaşdırılır.

Layihə çərçivəsində texnologiyanın davamlılığı və təhlükəsizliyi ilə bağlı sınaqlara da hazırlıq görülür. İlk sınaqlar Yaponiyanın Fukuşima şəhərində yerləşən xüsusi obyektdə başlayıb. Magistral yolda ilk real sınağın isə 2027-ci ilin aprelində Yaponiyanın Tateyama avtomobil yolunda keçirilməsi planlaşdırılır.

Sınaqlar zamanı sistemin təxminən 20 ton ağırlığında ağır nəqliyyat vasitələrinin yaratdığı yükə və bir milyon təkər keçidinə bərabər təsirə davamlılığı yoxlanılacaq.

Qeyd edək ki, bu texnologiyanın uğurla tətbiqi elektrikli avtomobillərin enerji ilə təmin olunmasını asanlaşdıra, uzun məsafəli səfərlərdə şarj üçün dayanma ehtiyacını azalda və xüsusilə yükdaşıma sektorunda vaxta qənaətə şərait yarada bilər.

Eltac Züflüqaroğlu

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh