Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı: “Özümə gələ bilmirəm…”

“Gəncəli olaraq, hadisələr zamanı çəkilən videoları göz yaşı içərisində izlədim. Heç istəməzdim ki, millətim o vəziyyətə düşsün. Bir anlıq ölmək istədim. Kaş, dünən yaşananları görməzdim”.
Avtosfer.Az musavat.com-a istinadən xəbər verir ki, bunu açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib.
O, bildirib ki, Gəncədə baş verən iğtişaşa üzülür: “Mən Gəncədə böyümüşəm, o torpaqların ən gözəl dövrünün uşağıyam. Bütün uşaqlığım gözümün önünə gəldi. Dünən Gəncədə ağlıma gəlməyən hadisələri gördüm. Bu, məni çox ağrıtdı. Burada ən böyük bəla “Dədə Qorqud”da Qazan xanın dediyi kimi, öz qılıncımız öz başımızı kəsdi. Bu, məni çox yandırdı”.
A.Haşımova tez-tez Gəncədəki ailə üzvləri ilə danışdığını da deyib: “Çox narahatam, bütün qohum-əqrəbam Gəncədədir. Bütün gəncəlilər mənim doğmamdır. Fərqi yoxdur qohumluq bağı var, ya yox. Davamlı qohumlarımla əlaqə saxlayıram. Gəncənin ümumi halından narahatam. İstəmərəm, nəinki, Gəncədə, Azərbaycanın hansısa bölgəsində millətimin burnu qanasın. Onların birinin burnunun qanaması mənim ölümümə səbəb ola bilər. Bu durumda çox həssasam. İnsanlar təxribatlara uymasın. Düşmən baxıb sevinir. Gəncəlilərimdən xahiş edirəm ki, səbirli olsunlar. Ölkəmizin prezidenti var. Prezidentimiz hər şeyi yoluna qoya bilən prezidentdir. Bu hadisələri də yoluna qoyacaq. Mən musiqiçiyəm, siyasətçi deyiləm. Amma belə hadisələri görəndə düşünürəm ki, bu nə faciədir, nə biabırçılıqdır? Biz bu zülmü niyə çəkirik? Biz gücümüzü toplayıb, Qarabağa doğru getməliyik, torpaqlarımızı düşməndən azad etməliyik. Bir-birimizin qanını tökmək bizə yaraşmaz”.
Əməkdar artist ötən gün sözügedən hadisələrə görə səhhətinin pisləşdiyini də deyib: “Mənə pis olsun, xalqıma təki yaxşı olsun. Dünəndən özümə gələ bilmirəm. Ağlayıram. Nə qədər təzyiq dərmanı içmişəm. Təcili yardım çağırmışıq. Bu cür hadisələrə soyuqqanlı yanaşa bilmirəm. İnanıram ki, tezliklə hər şey yoluna düşəcək”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












