Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar – FOTO

Vaxtilə Azərbaycanın ən böyük nominallarından sayılan 50 min manatlıq əskinas bu gün də dəyərini saxlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə gənc numizmat Fərha M. fikirlərini bölüşüb.
O bildirib ki, bu əskinas ilk dəfə 1996-cı ildə tədavülə buraxılıb və 2006-cı ilə qədər dövriyyədə olub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetrdir. Milli Bankın sifarişi ilə 1995-ci ildə İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilib.
Əsas rəngi yaşıl olan əskinasın ön tərəfində Naxçıvan memarlığının məşhur abidəsi – Möminə Xatun türbəsinin təsviri, arxa tərəfində isə milli ornamentlərlə bəzədilmiş çərçivədə nominal dəyəri həm rəqəmlə, həm də sözlə göstərilib.
Onu da qeyd edək ki, Azərbaycan əskinaslarında ilk dəfə məhz 5 min manatlıq əskinasda seriya nömrələri iki fərqli rəngdə verilib: solda qırmızı, sağda isə qara.
Bəs bu əskinas hazırda nə qədər qiymətləndirilir?
Ölkə daxilində kolleksiyaçılar arasında qiymət əskinasın vəziyyətindən asılı olaraq dəyişir. Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə olan nümunələr təxminən 15-20 manata satılır.
Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik əskinasların qiyməti daha yüksək ola bilər.
Xaricdə, xüsusilə onlayn hərraclarda isə qiymətlər daha yüksəkdir. Məsələn, dövriyyədə olmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də “eBay” hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.(Globalinfo.az)

Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












