Azərbaycanda sükan arxasında elektron siqaret çəkənlər cərimələnəcək? - AÇIQLAMA

Hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəqliyyat Nazirliyi təklif edib ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və “vape”lərdən (elektron siqaretin bir növüdür - red.) istifadəyə aid olması gözlənilir. Nazirlik bu kimi davranışlara görə, təxminən 5500 rubl (100 manat) cərimənin tətbiq edilməsini təklif edir.
Bəs bizdə də belə qanun tətbiq edilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində yol təhlükəsizliyi ilə bağlı yanaşmalar dəyişir:
“Məsələn, Avropada, ümumiyyətlə, telefonu əldə saxlamaq özü belə məsuliyyət yaradır. Bizim qanunvericiliyə görə, telefonu istifadə etmək məsuliyyət yaradır, sadəcə əlində saxlamısansa, cərimə nəzərdə tutulmur. Buna görə də mübahisələr yananır. Polis sürücünü saxlayır, vətəndaş isə telefonla danışmadığını, sadəcə əlində tutduğunu iddia edir”.
Ekspert qeyd edib ki, Azərbaycanda elektron və ya adi siqaretlərlə bağlı bir qanun yoxdur:
“Ən azından, elektron siqaret telefon kimi istifadə olunmur. Həm də digər siqaretə baxanda sükan arxasında heç bir təhlükəsi də yoxdur. Adi siqaretin külü qəflətən sürücünün gözünə düşə, diqqətini yayındıra bilər. Həmçinin sürücülər siqaretin kötüyünü küçəyə atıb yeri zibilləyirlər”.
(sfera.az)
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












