Azərbaycanda tələbələr ağıllı maşın yığdı – İnkişaf etdirmək olarmı? - VİDEO

Azərbaycanda süni intellekt və ağıllı maşın sistemləri son illər sürətlə inkişaf edir və ölkənin müxtəlif sahələrində önəmli mövqe tutur. İstər dövlət səviyyəsində, istər universitetlərdə, istərsə də müxtəlif texnologiya mərkəzlərində bu sahəyə maraq kəskin artıb. Bu inkişaf çərçivəsində Azərbaycan tələbələri də yeni layihələrlə çıxış edirlər. Məsələn, Azərbaycan Texnologiyalar Universitetinin tələbələri süni intellekt texnologiyalarından istifadə edərək “ATU-CAR” adlı ağıllı elektrik avtomobil hazırlayıblar. Bununla da, süni intellekt əsaslı idarəetmə sistemi və digər xüsusiyyətləri ilə süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqi reallaşıb. Bu layihə sosial şəbəkələrdə paylaşılıb və yüksək qiymətləndirlib.
Bu o deməkdir ki, artıq Azərbaycanda ağıllı maşınlar və süni intellekt əsaslı sistemlərin istifadəsi genişlənir. Çünki tələbat və maraq artır. Bəs görəsən, süni intellekt və ağıllı maşın sistemləri Azərbaycanda ümumilikdə necə qavranılır və hansı səviyyədə istifadə olunur?
%20(2).jpg)
Bu barədə süni İntellekt üzrə mütəxəssis Natiq Məmişov Avtosfer.az-a bildirib ki, ölkə miqyasında bu cür smart avtomobillər hələ eksperimental və demonstrativ səviyyədədir: “Ümumi olaraq son 4–5 ildə Azərbaycanda süni intellektə maraq kəskin artıb. Həm dövlət, həm universitet, həm də gənclər səviyyəsində proses gedir. 2025–2028-ci illər üçün rəsmi “Süni İntellekt Strategiyası” qəbul olunub. Yaxınlarda Bakıda AI Academy açılıb. Məqsəd süni intellekt üzrə peşəkar kadrlar yetişdirmək və ölkəni regional AI mərkəzinə çevirməkdir. Yəni ictimai qavrayışda AI artıq təkcə “trend texnologiya” yox, həm də dövlət strategiyasının bir hissəsi kimi görünür. Hətta sosial şəbəkədə paylaşılan həmin tələbənin maşını da bu dalğanın əsl nümunəsidir. Amma davamı üçün mütləq dəstək və təkan lazımdır. Azərbaycanda tam “self-driving car” səviyyəsində geniş ictimai istifadə hələ yoxdur, amma ağıllı nəqliyyat sistemləri (ITS) və maşın yönümlü AI artıq müəyyən sahələrdə var. Bakıda Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi illərdir işləyir. Şəhərdaxili hərəkətin monitorinqi, kameralar, sıxlığın izlənməsi, qayda pozuntularının qeydə alınması və s. üçün rəqəmsal platforma kimi. Sırf tələbənin icra etdiyi layihə əslində göstərir ki, gənclər artıq AI-ni yalnız nəzəri yox, praktik formada – real robot, avtomobil, cihaz üzərində sınayırlar. Universitet laboratoriyaları, yarışlar, müsabiqələr, startap prototipləri və s. lazımdır. Əsas da maddi və bilik olaraq dəstək”.
Nurcan Babək
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA












